"Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək" - Ərdoğan
Azərbaycanlı qardaşlarımız işğaldan azad edilmiş torpaqlarında başladıqları yenidənqurma və inkişaf prosesini sürətlə davam etdirirlər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli mediaya müsahibəsində deyib.
Ərdoğan qeyd edib ki, ötən il, o, Şuşada, Füzulidə olarkən işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə yerində tanış olmuşdu.
“Qarabağın bir ildən sonra gəldiyi nöqtəni görmək, onun günü-gündən inkişafının şahidi olmaq, sözün düzü, məni hədsiz dərəcədə sevindirdi. Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir. Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusən də qardaşım İlhamı təbrik etmək istəyirəm. İnanıram ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”, - Türkiyə lideri vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək