ABŞ və Hindistan gərginliyin olduğu bölgədə hərbi təlimlər keçirəcək
- 7-08-2022, 17:44
- 478
Bu barədə Hindistan ordusunun yüksək rütbəli hərbçiləri arasında olan mənbəyə istinadən CNN məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, təlimlər 10 min fut (3 min metr) yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.
“Pentaqon” CNN-ə bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı onun azad və açıq Hind-Sakit Okean haqqında ümumi baxışının “ən mühüm elementlərindən biridir”.