Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI
- 2-08-2022, 14:08
- 367
İsveç Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pisləndiyi bildirilib.
Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.
Bundan əvvəl Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilib.
Qeyd edək ki, İsveç Silahlı Qüvvələri ilə müqaviləsini başa vuran və Ukrayna ordusuna qatılan 30 yaşlı İsveç vətəndaşı ötən ay öldürülüb.