SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan İrana getdi

Ərdoğan İrana getdi

Tarix:

19-07-2022, 09:21

/ 391 dəfə oxundu.
Ərdoğan İrana getdi

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb.

R.T.Ərdoğanı hava limanında İranın neft naziri Cavad Oudci, İran Prezident Aparatının Protokolunun baş meneceri Rza Naqipur, İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend, Türkiyənin Tehrandakı səfiri Derya Örs, xanımı Lale Örs, eləcə də diplomatik nümayəndəliyin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.

R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək.

Şərhlər

XƏBƏR LENTİ