SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik"

"Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik"

Tarix:

14-07-2022, 18:40

/ 326 dəfə oxundu.
"Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik"

 
Macarıstan Aİ-nin Rusiya qazının tədarükünə yönələn mümkün sanksiyaları müzakirə etməyə hazır deyil, Rusiyanın “Qazprom” və ya “Qazprombank”ının da sanksiyalar siyahısına daxil edilməsini dəstəkləməyəcək.

Bu barədə  Macarıstanın xarici işlər naziri Peter Sijarto avstriyalı həmkarı Aleksandr Şallenberqlə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

“Macarıstanda biz açıq şəkildə bildirdik ki, qaz tədarükü ilə bağlı hər hansı sanksiyaları müzakirə etməyə belə hazır deyilik. Biz heç vaxt “Qazprom” və ya “Qazprombank”ın da yer aldığı sanksiya siyahısına səs verməyəcəyik”, - Sijarto bildirib.

Macarıstanlı nazir bildirib ki, hökumət hazırda qaz anbarlarını doldurur və “uzunmüddətli müqavilələrimizdə göstəriləndən artıq əlavə qaz həcmləri” almaq qərarına gəlib.

Şərhlər

XƏBƏR LENTİ