Erməni radikallar Parisdə təxribat törətdi - Azərbaycanlı yaralandı + Video
İyunun 16-da Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin və bütün infrastrukturun dağıdıldığı nümayiş olunub.
Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib, Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub.
Mərasim zamanı FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri Mərkəzə hücum edib. Nəticədə tədbirin iştirakçısı, uzun illərdir Fransada yaşayan azərbaycanlı Aytən Muradova xəsarət alıb.
Bu hadisə Fransada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycan diaspor təşkilatlarının kəskin narahatlığına səbəb olub. Xoşagəlməz olayın Fransa kimi demokratik prinsiplərə, insan haqları və təhlükəsiz yaşamaq kimi ali dəyərlərə sahib bir ölkədə baş verməsi isə ikiqat təəssüf doğurur. Çünki keçirilən tədbirlərdə bu kimi halların baş verməsi azərbaycanlıların bu ölkədə rahat və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarını sual altına qoyur.
Parisin mərkəzində belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirir, hadisəni törədənlərin əməllərinin Fransa qanunları və beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndiriləcəyinə ümid edirik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək