SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto

“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto

Tarix:

10-06-2022, 14:03

/ 324 dəfə oxundu.
“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto

 
Rusiyanın “RİA Novosti” agentliyi bir neçə gün əvvəl öz saytında paylaşdığı Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryan ilə müsahibəni silib.

Saytda sözügedən müsahibəyə daxil olduqda materialın silindiyi qeyd olunur. 

Xatırladaq ki, A.Beqlaryan ilə müsahibədən sonra Azərbaycanda “RİA Novosti” bloklanıb. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.

 

“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto



Şərhlər

XƏBƏR LENTİ