Fətullah Gülən Braziliyaya qaçmağa hazırlaşır - Türkiyə Ədliyyə Nazirliyi
- 11-05-2017, 11:58
- 35 894
“Posta” qəzetinə istinadla verdiyimiz xəbərə görə, bu barədə məlumatlar Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağın amerikalı həmkarına təqdim etdiyi yeni sənədlərdə yazılır.
Bozdağ ABŞ-a səfər edərək amerikalı həmkarı Cef Sessionsla görüşüb.
Vaşinqtonda baş tutmuş görüşdə Fətullah Gülənin ekstradisiyası ilə bağlı məsələ müzakirə edilib. Görüşdə Bozdağ Gülənin ekstradisiyasına dair ABŞ-a göndərilən 4 sənəd haqqında ətraflı məlumat verib.
Sənədlərdə Gülənin Braziliya və ya Argentinaya qaçmağı planlaşdırdığına dair məlumatlar da var.
Məlumata əsasən, Gülən Türkiyənin ekstradisiya anlaşması imzalamadığı ölkəyə qaçmağı planlaşdırır və o artıq Braziliyadan sığınacaq istəyib. Əldə edilən kəşfiyyat məlumatlarına görə Braziliya və Argentinadakı vəqflər artıq hazırlıq işlərinə başlayıb.