Azərbaycanlı diplomatın arvadı oğurluqda ittiham olunur - ABŞ-da
Azərbaycanlı diplomatın həyat yoldaşı ABŞ-da mağazalardan birindən oğurluq etməkdə ittiham olunur.
Bu barədə nydailynews yazır. Məlumata görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı 29 yaşlı Mehriban Cəbrayılova uşaq arabasına qoyduğu 188,88 dollarlıq malın ödənişini etmədən univermaqdan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib.
Bundan sonra diplomatın həyat yoldaşı buraxılıb. Lakin bununla bağlı dövlət departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır.
M.Cəbrayılova hadisəni şərh etməkdən imtina edib.
Diplomat isə belə bir hadisənin baş vermədiyini deyib. Univermağın meneceri isə şərh verməkdən imtina edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...