Erdoğandan ermənilərlə bağlı ŞOK mesaj - “Türklər və ermənilər...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Erməni kilsəsində təşkil olunan tədbirə məktub göndərib.
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məktubun mətni olduqca diqqət çəkəndir. Ərdoğan məktubda erməniləeə böyük hörmət bəslədiyini yazıb: "Ölkəmizdəki erməni xalqının rahatlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün özəl əhəmiyyətə malikdir, bir erməni vətəndaşın belə xaric edilməsinə, özünü aşağı təbəqənin insanı kimi hiss etməsinə dözümümüz yoxdur”.
Türkiyə prezidenti türk və ermənilərin regionun 2 qədim xalqı olduğunu və min ildir çiyin-çiyinə yaşadıqlarını vurğulayıb. Bildirib ki, erməni xalqı Osmanlı və Türkiyə Cümhuriyyəti dövründə layiqli övladlar yetişdirərək, Türkiyənin inkişafında vacib rol oynayıb: "Yüz illərlə sevinc və kədərdə ortaq olan iki xalqın keçmiş yaraları sağaltması və insani bağlarını daha da qüvvətləndirməsi hamımızın ortaq amalıdır. Bu xüsusda son 14 ildə bir çox addım atmışıq. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəniyyət mirasına sahib çıxmaq yönündə çalışmalarımızı bundan sonra da artıraraq həyata keçirəcəyik”.
Qeyd edək ki, bu gün Ermənistan diasporu və xalqı dünyanın bir çox ölkələrində 24 aprel – qondarma erməni soyqırımına həsr olunmuş tədbir keçirir. Onlar 1915-ci ilin 24 aprelində türklərin erməni xalqına qarşı soyqırım həyata keçirdiyini iddia edir.
Bakı Post




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...