Ərdoğan 6 saatlıq toplantıdan sonra Suriya ilə bağlı qərar verdi: Havadan və qurudan...
- 28-02-2020, 09:16
- 1 405
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Zirvə toplantısı 6 saat davam edib. Qərar verilib ki, şəhid və yaralı hərbiçilərin qisası misliylə Bəşər Əsəd rejimindən alınacaq.
"Hava və qurudan rejimin bütün hədəfləri bombalanır və hazırda bu prosses davam edir".
O da qərar verilib ki, Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantısında verilən qərarla bağlı hər hansı başqa açıqlama verilməyəcək.
Prezident Adminstrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yazılı açıqlamasında bildirib ki, Suriyada yüz minlərlə Suriyalının ölümündə rejim hakimiyyəti günahkardır və Türkiyə bu məsələdə mübarizəsindən əl çəkməyəcək.