Boliviyada da xalq qalib gəldi – Morales istefa verdi
- 11-11-2019, 12:31
- 1 141
Morales məhz 20 oktyabrda keçirilən prezident seçkisində 4-cü dəfə namizəd olaraq iştirak etmişdi və qalib elan olunmuşdu. Buna etiraz olaraq xalq meydanlara axışmışdı. Bir az əvvəl Morales xalq etirazlarının güclənməsi və bir neçə yerdə polisin də xalqa qoşulması, ordunun tərəfsiz qalması nəticəsində geri çəkilərək yeni seçki elan etmişdi.
Lakin etirazların qarşısında bununla kifayətlənmək mümkün olmayıb. 4-cü dəfə prezidentliyi mənimsəyən Morales istefa verməyə məcbur olub. Üstəlik, ölkənin Silahlı Qüvvələr komandanlığı da son anda onu “ölkədə sabitliyin təmin olunması üçün” vəzifədən getməyə çağırıb.
People carry a placard depicting Bolivian President Evo Morales with red horns during a protest march in La Paz, Bolivia…
“Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər” – deyə, Morales istefası barədə sosial şəbəkədə yaydığı müraciətində bildirib.