Azərbaycanlıların öldüyü gəmidə qanunsuz kömür daşınıb - Yeni faktlar
- 8-01-2019, 14:27
- 1 266
Nazirlik, həmçinin bəyan edib ki, monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində “Volqo-Balt” kimi “çay-dəniz” tipli gəmilər üçün qəzalar gözləniləndir.
Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan isə gəmi Panama bayrağı altında üzüb.
Xatırladaq ki, gəminin batması nəticəsində ölən ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı - kapitanın baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu olub. Digər həmyerlimiz – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.