Türkiyədə azərbaycanlı millət vəkilinə hücum oldu
Türkiyədə MHP İğdır millət vəkili, milliyətcə azərbaycan türkü olan Sinan Oğan Bahçeşehir universitetində çıxış edərkən hücuma məruz qalıb.
MHP rəhbərliyi ilə neçə vaxtdır münaqişədə olan Sinan Oğan çıxışında Türkiyədə apreldə keçiriləcək referenduma çıxarılmış konstitusiya düzəlişləri barədə danışarkən zaldan bir nəfər gənc "Hərəkatın lideri Dövlət Baxçalıdır" deyərək ona hücum çəkib.Həmin şəxs Sinan Oğanı döyməyə çalışarkən təhlükəsizlik xidməti əməkdaşları onu zərərsizləşdirib. Sinan Oğan çıxışını Periscope-dən canlı yayımladığı üçün ona hücum anları da canlı yayımda göstərilib. İnsidentdən sonra Sinan Oğan yenidən kürsüyə qayıdıb. "Bu gənc arkadaşımızı aldadıb bura göndərənlər əslində partiyaya zərər verir"-deyib.
Sinan Oğan bir müddət əvvəl MHP-dən ixrac edilmişdi, lakin məhkəmə yoluyla yenidən partiyaya bərpa olunub. Ancaq onun partiyadan çıxarılması barədə yeni qərar qəbul ediləcəyi gözlənilir. Sinan Oğan Dövlət Baxçalını tənqid edir və MHP başqanı olmağa iddia edirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...