Ərdoğan məşhur aparıcıya irad tutdu - Bir daha siqaret çəkməyəcək + Foto
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün Pakistana rəsmi səfər gedib.
Məlumata görə, Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Baş qərargah rəisi Hulusi Akar, eləcə də bir çox jurnalist müşayiət edib.
KİV üzvləri arasında “Star TV”də “Xəbərlər” proqramının aparıcısı Nazlı Çelik də olub. Prezident təyyarədə olarkən aparıcının siqaret çəkdiyini öyrənib və ondan siqaret paketini alaraq zibilliyə tullayıb.
Prezident bununla qane olmayaraq N. Çelikdən siqareti tərk edəcəyinə dair yazılı vəd alıb. Qadın aparıcı Ərdoğanın bu istəyinə qarşı könülsüz də olsa, onunla razılaşaraq bir daha siqaret çəkməyəcəyinə dair qeydin altına imza atmaq məcburiyyətində qalıb.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...