Türkiyədə “Xocalı” aksiyasında kütləvi dava - 47 tələbə saxlanıldı
- 27-02-2017, 20:17
- 2 303
Məlumata görə, bir-birinə dəyənəklə və daşla hücum edən tələbələri ayırmaq üçün əraziyə polislər cəlb olunub.
Hadisə nəticəsində 1 tələbə və 1 təhlükəsizlik əməkdaşı yaralanıb.
Polisin xəbərdarlığına baxmayaraq dalaşan 47 tələbə isə saxlanılıb.
Məlumata görə, tələbələrdən biri universitetdə PKK-çı vətən xainlərinin oxumalarına imkan yaratmayacaqlarını bildirib: “Biz vətəni sevənlərdənik. Xainləri, PKK-nın dəstəkləyənləri, bu vətənin çörəyini yeyib əsgərinə, polisinə atəş açan insanları burada oxutdurmayacağıq”.