İranda növbəti güclü zəlzələ
- 12-12-2017, 14:07
- 1 549
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumatda Kərman şəhərindən 56 km məsafədə hiss edilən zəlzələnin gücü 5,9 bal göstərilir.
Kərmanda 1 dekabr tarixində 6 bal gücündə zəlzələ olmuş, 40-dan çox insan yaralanmışdı.
Qeyd edək ki, İran-İraq sərhəddində ötən ay meydana gələn 7,3 bal gücündəki təkan 530-dan çox insanın ölümünə səbəb olmuşdu.