Qod Nisanov Beynəlxalq Bankın Moskvadakı torpaq sahəsini almaq istəyir
- 29-09-2017, 10:59
- 88 775
“Biz bu layihəyə daxil olmaq istədik, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin bizim üçün hələlik heç bir perspektiv görmürəm. Onlar hələ bu sahəni necə satmağı müəyyən etməyiblər. Əvvəlcə onlar danışıqlara çıxdılar, sonra dayandırdılar. Onların həmin obyekti satma niyyəti barədə əminlik yoxdur. Ona görə də hazırda bizim planımızda belə layihə yoxdur”-Qod Nisanov deyib.