ABŞ Antiterror Mərkəzinin rəhbərindən ŞOK AÇIQLAMA - "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"
- 28-09-2017, 09:01
- 40 874
Belə sensasiyalı bəyanatla dünən ABŞ Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.
Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.
N.Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.
"İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır", - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən vurğulayıb.