Serj Sarkisyan Nyu Yorkdan hədələdi: «Ləğv olunacaq»
- 21-09-2017, 11:37
- 101 256
O, bu barədə BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 72-ci sessiyasındakı çıxışında bildirib.
"Türkiyə hökuməti illər öncə aramızda imzalanan protokolları sonsuzadək girov olaraq əlində saxlayacağını düşünürsə, yanılır. Münasibətlərimizdə hər hansı istiləşmə görünmədiyindən ən gec 2018-ci ilin yaz aylarında bu protokolları ləğv edəcəyimizi hamı bilməlidir" -deyə Sarkisyan bildirib.
Qeyd edək ki, bu protokollar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıran Ermənistan protokolların təsdiqini parlamentin gündəmindən çıxartmışdı.
Türkiyə isə Azərbaycan torpaqları işğaldan azad olunmayana və Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyini açıqlayıb.