Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir
- Dünən, 19:00
- 0
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib.
"Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzrə şansları artırmaq üçün Fransa ilə birlikdə Livanla bağlı ortaq siyasət hazırlamaq istəyirik", - o qeyd edib.
Bununla belə, Y.Vadeful təşəbbüsün detallarını dəqiqləşdirməyib.
Daha əvvəl, iyunun sonlarında Livan və İsrail nümayəndələri Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıblar.