XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir
Dünən, 19:00

 Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib.
"Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzrə şansları artırmaq üçün Fransa ilə birlikdə Livanla bağlı ortaq siyasət hazırlamaq istəyirik", - o qeyd edib.
Bununla belə, Y.Vadeful təşəbbüsün detallarını dəqiqləşdirməyib.
Daha əvvəl, iyunun sonlarında Livan və İsrail nümayəndələri Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıblar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.