XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb

Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb

Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb
Bu gün, 17:30

 Fransa və Suriya sabiq prezident Bəşər Əsədin əmisi - Rifat əl-Əsəddən müsadirə edilmiş 51 milyon avronun (58,29 milyon dollar) Dəməşqə qaytarılması prosesinə başlayıb.
Bu barədə "Al-Hadath" məlumat yayıb.
Bu məsələ Fransa prezidenti Emmanuel Makron və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəra arasında Dəməşqdəki danışıqlar zamanı müzakirə edilib.
Həmçinin bildirilib ki, Fransa Suriyanın Mərkəzi Bankına texniki yardım göstərəcək.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında Suriyada silahlı çevriliş nəticəsində hakimiyyətinin süqutundan sonra ailəsi ilə birgə Rusiyada sığınacaq alıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.