İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları
İsraildə İrana qarşı davam edən hərbi əməliyyatlar çərçivəsində İsrail Müdafiə Ordusu ilə ABŞ silahlı qüvvələri arasında vəzifələrin necə bölüşdürüldüyü barədə məlumat verilib.
Bu barədə "The Times of Israel" qəzeti İsrail ordusuna istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və mərkəzində ballistik raket buraxılış qurğularına və digər hərbi obyektlərə qarşı fəaliyyət göstərir.
"Bu onunla əlaqədardır ki, İran məhz bu rayonlardan İsrail ərazisinə uzaqmənzilli ballistik raketlər atır", - qəzet qeyd edib.
Öz növbəsində, ABŞ hərbçiləri İranın cənubunda, Fars körfəzindəki ABŞ bazalarına atəş açılan raket qurğularına zərbələr endirirlər.
Ölkələr həmçinin hədəf növləri üzrə məsuliyyəti də bölüşdürüblər. ABŞ tərəfi İranın bütün hərbi dəniz donanmasına zərbə endirmək vəzifəsini öz üzərinə götürüb. İsrail isə müqayisəli üstünlüklərə əsaslanaraq digər istiqamətlərə – məsələn, Tehrandakı hökumət obyektlərinə diqqət yetirib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri ABŞ-nin havada yanacaq doldurma imkanlarından fəal şəkildə istifadə edir.
Qəzetin İsrail hərbi mənbələri hazırkı əməliyyatı İsrail və ABŞ-nin ilk tammiqyaslı birgə döyüş kampaniyası kimi xarakterizə edir və son aylarda intensiv planlaşdırmanın aparıldığını vurğulayırlar.
Həmçinin, İsrail Müdafiə Ordusunun məlumatına görə, kampaniya zamanı İsraildə və ABŞ-də kəşfiyyat məlumatlarını, hədəfləri və müdafiə tədbirlərini sinxronlaşdıran birgə koordinasiya qrupları fəaliyyət göstərir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb