Patruşev NATO-nu hədələdi - “Bunu etməyə hazırıq”
“Rusiya Baltik dənizində gəmiçilik üçün yaranan hər hansı məhdudiyyətlərə və blokada cəhdlərinə qarşı ən kəskin addımları atmağa hazırdır”.
Bu sözləri Rusiya Prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev “Arqumenti i Faktı” qəzetinə müsahibəsində deyib.
O, NATO ölkələrini bölgədə gərginliyi artırmaqda günahlandırıb:
“Qərb dövlətləri, xüsusilə Britaniya, Fransa və Baltikyanı ölkələr Rusiyanın mülki gəmilərini saxlamaq və yoxlamaqla faktiki dəniz blokadası yaratmağa çalışırlar. Beynəlxalq hüquqa zidd olan bu cəhdlərin qarşısını almaq üçün Rusiya Hərbi Dəniz Qüvvələrini səfərbər etməyə və tankerləri hərbi müşayiətlə qorumağa hazırdır”.
Siyasətçinin sözlərinə görə, Avropa İttifaqının Rusiya neftini daşıyan gəmilər üçün istifadə etdiyi “kölgə donanması” ifadəsi hüquqi əsası olmayan bir uydurmadır:
“Əgər diplomatik yollarla gəmiçilik azadlığı bərpa olunmasa, Rusiya donanması hərbi güc tətbiq edərək blokadaya son qoyacaq. Bu mühafizə tədbirləri yalnız Baltik dənizi ilə məhdudlaşmayacaq və Rusiyanın strateji maraqlarının olduğu bütün dəniz marşrutlarını əhatə edəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...