XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək
28-01-2026, 14:53

Rusiya hərbçilərinin Qamışlıdakı aerodromdan çıxarılması məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.

“Silahlı Qüvvələrimizin Suriya Ərəb Respublikasında yerləşdirilməsi məsələlərinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmasını tövsiyə edib.

Peskov Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.