Kataloniyada qatarların hərəkəti dayandırılıb
Ötən gecə Barselonada qatarın güclü yağışlar səbəbindən relslərin üstünə çökmüş istinad divarına çırpılması nəticəsində baş verən ağır qəzadan sonra bütün Kataloniya ərazisində qatarların hərəkəti dayandırılıb.
Bu barədə İspaniya mediası ölkənin dəmir yolu infrastrukturunun böyük hissəsini idarə edən "Adif" dövlət müəssisəsinin məlumatına istinadən məlumat yayıb.
Qəza yerli vaxtla saat 21:00 radələrində baş verib. Qəza nəticəsində maşinist həlak olub, daha 37 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Bu, ilin əvvəlindən İspaniyada baş verən ikinci dəmir yolu qəzasıdır. Belə ki, bundan əvvəl Adamus şəhərində qatarların toqquşması nəticəsində 42 nəfər həlak olmuş və bununla əlaqədar üçgünlük matəm elan edilmişdi.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb