Trampdan şok etiraf: “Ukrayna müharibəsi ABŞ-a pul qazandırır” – 350 milyard dollarlıq gəlir planı açıqlandı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı qalmaqallı açıqlama verib.
Tramp bu fikirləri Uest-Palm-Biçdən Vaşinqtona uçarkən, təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib.
ABŞ prezidenti açıq şəkildə bildirib ki, müharibə Vaşinqton üçün maliyyə baxımından qazanc mənbəyinə çevrilib. Onun sözlərinə görə:
“Müharibə ilə biz pul qazanırıq, amma mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm".
Bununla belə, Tramp vurğulayıb ki, ABŞ-ın münaqişəni nizamlamaq istəyi guya yalnız insan həyatını xilas etmək məqsədi daşıyır. Prezident qeyd edib ki, Vaşinqtonun əsas hədəfi qan tökülməsinin qarşısını almaqdır.
Eyni zamanda Tramp diqqətçəkən başqa bir məqama da toxunub. Onun sözlərinə görə, perspektivdə ABŞ-ın Ukraynanın mineral-xammal ehtiyatlarından istifadəsi hesabına əldə edəcəyi gəlir 350 milyard dollardan çox olacaq. Bu bəyanat Ukraynanın təbii sərvətlərinin gələcək taleyi ilə bağlı ciddi suallar doğurub.
Ekspertlər hesab edirlər ki, Trampın bu açıqlaması ABŞ-ın Ukrayna siyasətinin humanitar deyil, iqtisadi və strateji maraqlara söykəndiyini açıq şəkildə ortaya qoyur. Xüsusilə müharibə fonunda Ukraynanın resurslarının gəlir mənbəyi kimi təqdim olunması beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb ola bilər.
Beləliklə, Trampın etirafı Ukrayna müharibəsinin təkcə geosiyasi deyil, həm də nəhəng maliyyə maraqları uğrunda aparılan münaqişə olduğunu bir daha gündəmə gətirib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb