Sabahdan atəşkəs elan edəcəklər
Tailand və Kamboca sərhəddə gərginliyi azaltmaq məqsədilə müvəqqəti atəşkəs elan olunması barədə razılığa gəliblər.
Bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, sabahdan etibarən qüvvəyə minəcək atəşkəs rejimi ilkin mərhələdə 72 saat davam edəcək. Razılaşmanın müddətinin uzadılması məsələsi isə Tailand Milli Təhlükəsizlik Şurasının verəcəyi yekun qərardan asılı olacaq.
Xatırladaq ki, iki ölkə arasında hərbi toqquşmalar dekabrın 8-də yenidən alovlanmışdı. Vəziyyətin gərginləşməsindən bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp tərəfləri hərbi əməliyyatları dayandırmağa və ötən ilin oktyabrında imzalanmış sülh müqaviləsinin şərtlərinə qayıtmağa çağırmışdı. Dekabrın 24-də start verilən intensiv diplomatik danışıqlar nəticəsində isə tərəflər silahları müvəqqəti yerə qoymağa razı olublar.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb