Məhkəmə Saakaşvili barəsində qərar verdi
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində qərar qəbul edib.
Məhkəmə Saakaşvili, eləcə də onun mühafizə xidmətinin eks-rəisi Teymuraz Canaşiyanın dövlət xəzinəsinə 9 milyon lariyə qədər (3 milyon dollardan çox) vəsait ödəməsinə qərar verib.
Həmin vəsaitlərin Saakaşvilinin hakimiyyətdə olduğu illərdə mənimsənildiyi qeyd olunub.
Bu iddia ilə bağlı isə məhkəməyə Gürcüstanın Maliyyə Nazirliyi müraciət etmişdi. Nazirlik bildirib ki, Saakaşvili və Canaşiya bu ilin martında təqribən 9 milyon lari həcmində vəsaiti mənimsəməkdə təqsirli bilinibsə, o zaman həmin pulların dövlət xəzinəsinə qaytarılması mütləqdir.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin tədricən yaxşılaşdığını qeyd edib.
Onu da bildirək ki, gürcü siyasətçi bundan əvvəl bir neçə cinayət işi üzrə mühakimə olunub. Bununla belə, bir neçə ittiham üzrə məhkəmə prosesləri davam etdirilir. (Interpressnews)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib