Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturlarına hücumuna "yaşıl işıq" yandırıb
- 25-09-2025, 13:54
- 602
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.
Onun sözlərinə görə, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.
Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.