Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir
- 28-04-2025, 18:19
- 618
Bunu Ağ Evin nümayəndəsi Karolin Levitt brifinq zamanı deyib.
"Prezident Donald Tramp aydın şəkildə bildirib ki, ona tam atəşkəs lazımdır", - Ağ Evin nümayəndəsi qeyd edib.
K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Ukrayna münaqişəsinin həlli imkanı ilə bağlı hələ də nikbin əhvali-ruhiyyədədir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.