Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib
- 12-04-2025, 09:40
- 376
Bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir”, – dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, “bir çox ölkə” ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.