Məşhur “vor zakon” Yunus Bakinski saxlanıldı - VİDEO
- 9-08-2017, 11:05
- 139 528
“Yunus Bakinski”nin polisdə dindirilməsinin videosu internetdə yayılıb. O deyir ki, Azərbaycan vətəndaşıdır və Ulyanovska “dincəlmək üçün” 10-15 günlüyünə gəlmişdi. Kriminal avtoritet şəhərdə hansı ünvanda qaldığını “xatırlamır”, bildirir ki, qaldığı yeri tez-tez dəyişirdi. Habelə Nəzərov təsdiq edir ki, “vor” kriminal statusu daşıyır.
Yunus Nəzərov indiyədək 6 dəfə məhkum olunub. Ona “vor zakon” statusunu 1982-ci ildə “Yetim Hüseyn” ləqəbli kriminal avtoritetin tövsiyəsi ilə veriblər.
Hazırda onun Rusiyadan Azərbaycana deportasiya edilməsi məsələsinə baxılır. “Yunus Bakinski” 2015-ci ilin iyun ayında da Rusiyada saxlanılmışdı və “miqrasiya qanunvericiliyini pozduğu üçün” Azərbaycana deportasiya edilmişdi.