Heç vaxt bu silaha əl atılmamışdı, Putin isə əmr verdi!
Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynada müharibənin son eskalasiyasıdır.
Bu barədə CNN nəşri yazıb.
Nəşr sözügedən ballistik raketdən istifadəni Moskvanın Qərblə münaqişəsində həlledici və potensial təhlükəli məqam hesab edib.
Bildirilir ki, Soyuq müharibədən bu yana heç vaxt bu cür silahdan düşməni vurmaq üçün istifadə edilməyib.
Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bildirib ki, ilk dəfədir “Oreşnik” kimi raketdən döyüşdə istifadə edilir. O, ən yaxşı hava hücumundan müdafiə sisteminin belə bu raketlərin qarşısını almaqda aciz olduğunu vurğulayıb.
"Eyni zamanda, dünya getdikcə bu tip raketlərin sınaqdan keçirilməsindən danışır - xüsusən də Hindistan, Çin, Şimali Koreya, Pakistan və hətta Böyük Britaniya.
Ekspertlər qeyd edirlər ki, bir sıra ölkələrin arsenalında döyüş başlıqlarının sayının artırılması böhran vəziyyətlərində sabitliyi kəskin şəkildə azaldacaq", - nəşr vurğulayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək