Obamanın taleyi necə olacaq?
ABŞ-nin keçmiş prezidenti Barak Obama prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən itəcək.
Bu barədə bioqraf Devid Qarrou "Daily Mail"ə müsahibəsində bildirib.
“Mən mütləq gözləyirəm ki, onlar (Obama və onun ailə üzvləri) yanvarın əvvəlindən sonra Vaşinqtonda daha az vaxt keçirəcəklər”, - deyə o qeyd edib.
Onun fikrincə, Obama “siyasət səhnəsindən itəcək” və Massaçusets sahillərində məşhurlarla ünsiyyətə və milyonçuların "Marta's Vineyard" adasında yaşamağa davam edəcək.
"Onlar heç bir maliyyə təzyiqi altında deyillər", - deyə Qarrou əlavə edib.
David Obamanın avtobioqrafiyasını yazan yazıçıdır. O, əvvəllər Martin Lüter Kinq haqqında yazdığı kitabına görə "Pulitzer" mükafatı qazanıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb