Kadırov Rusiyanın iki deputatı və bir senatorunu hədələdi: Qisas alacam!
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Kurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələyib.
Kadırov onlara qan düşmənçiliyi elan edib və qisası alacağını bildirib.
Ramzan Kadırov iddia edir ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər.
Kadırov bunu respublikanın təhlükəsizlik qüvvələri ilə görüşündə çeçen dilində deyib.
Çeçenistan rəhbəri onu da iddia edib ki, senator Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).
Kadırov əlavə edib ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb