Qazaxıstanda AES tikintisi üçün referendum keçirilir
Hökumət ətraflı təhlil aparmalı və müvafiq danışıqlar təşkil etməlidir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev referendum nəticəsində qərarın xalq tərəfindən dəstəklənəcəyi təqdirdə atom elektrik stansiyasının (AES) tikintisi ilə kimin məşğul olacağı sualını şərh edərkən bildirib.
“Bu, asan məsələ deyil. Şəxsən mən hesab edirəm ki, Qazaxıstanda qabaqcıl texnologiyalara malik aparıcı dünya şirkətlərini özündə birləşdirən beynəlxalq konsorsium fəaliyyət göstərməlidir. Sonrakı prosesləri, necə deyərlər, həyat göstərəcək”, - deyə Prezident qeyd edib.
Xatırladaq ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir. Səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb