Fərariliyə görə 22 hərbçi üçün ölüm cəzası tələb olunub
- 7-07-2024, 15:30
- 442
Bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Kapitan rütbəli üç müttəhim, düşməndən qaçaraq mövqelərini tərk ediblər, əmri pozdular, qorxaqlıq göstərdilər və hərbi avadanlıqlarını itiriblər. Hərbçilər xalqı müdafiə etmək əvəzinə mövqelərini tərk edərək qaçdılar və ən yüksək cəzaya - ölüm cəzasına layiqdirlər", - prokurorluğun sözçüsü kapitan Kahambu Muhas Melissa,
Məlumata görə, tribunala verilən hərbçilər iyunun sonunda "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasından olan dəstələr tərəfindən şiddətli döyüşlərdən sonra ələ keçirilən Kanyabayonqa (Şimali Kivu əyaləti) şəhəri uğrunda döyüşlərdə iştirak ediblər.