Tiflisdə hərbi paradda ilk yaşandı: ABŞ imtina etdi
ABŞ ordusunun şəxsi heyəti bir neçə ildən sonra ilk dəfə Gürcüstanın Müstəqillik Günü münasibətilə Tiflisin Azadlıq meydanında keçirilən hərbi paradda iştirak etməyib.
Report xəbər verir ki, ötən illərdə ABŞ hərbi qulluqçularından ibarət dəstə Gürcüstan ordusu hissələrinin nümayəndələri ilə birlikdə Azadlıq meydanındakı paradda yürüş edib. Lakin bu il paradda yalnız Gürcüstan hərbçilərindən ibarət bölmələrin keçidi baş tutub.
Xatırladaq ki, Gürcüstanla ABŞ arasında münasibətlər “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə soyuyub. Hətta Vaşinqton qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçdiyini bəyan edib.
Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək