XalqXəbər.Az

XalqXeber.Az » Dünya » “Reuters”: Rusiya aktivlərindən istifadə ilə bağlı dialoqda irəliləyiş əldə olunub

“Reuters”: Rusiya aktivlərindən istifadə ilə bağlı dialoqda irəliləyiş əldə olunub

“Reuters”: Rusiya aktivlərindən istifadə ilə bağlı dialoqda irəliləyiş əldə olunub
25-05-2024, 15:46

“Böyük yeddilik” (G7) ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin istifadəsi üzrə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.

Bu barədə “Reuters” agentliyi G7 qrupunun maliyyə nazirlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

“Ukraynanın ehtiyacları üçün Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən istifadə etməklə ciddi mənfəət əldə etməyin potensial yollarını müzakirə etməkdə irəliləyirik”, - layihədə deyilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.