SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

Tarix:

13-04-2024, 15:18

/ 271 dəfə oxundu.
İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

" “San Latstsaro del'i Armeni" İtaliyanın şimalındakı Venesiya laqonunda kiçik bir adadır. Venesiyanın cənub-qərbində və Lidonun dərhal qərbində yerləşir. Orta əsrlərdə adada cüzamlıların koloniyası var idi və 1717-ci ildən burada San Lazaro erməni katolik monastırı yerləşib”.

Moderator.az xəbər verir ki, bu haqda “@tsehakron” erməni telegram-kanalı məlumat yayıb.

“Bu, Mxitarist Ordeninin qərargahıdır və buna görə də dünyanın ən görkəmli erməni mədəniyyəti və ermənişünaslıq mərkəzlərindən biridir. 1789-cu ildən 20-ci əsrin əvvəllərinə qədər erməni çapının əsas mərkəzi olmuşdur.

Ada erməni diasporunun ən məşhur tarixi yerlərindən biridir. Monastırda kitablar, jurnallar, artefaktlar və üçüncü ən böyük erməni əlyazmaları kolleksiyası var”- məlumatda belə deyilir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan mediasında yayılmış məlumatlara görə, 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində aşkarlanmış təxminən 3 minillik tarixə malik türk döyüş tipli qılınclara bənzər qılınclardan biri ermənilər tərəfindən hələ XIX əsrdə oğurlanaraq Venesiyadakı bəhs edilən adaya aparılıb...

İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?..

Şərhlər

XƏBƏR LENTİ