SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Pxenyan silahlarını Ukraynada sınaqdan keçirir - General

Pxenyan silahlarını Ukraynada sınaqdan keçirir - General

Tarix:

7-04-2024, 17:30

/ 372 dəfə oxundu.
Pxenyan silahlarını Ukraynada sınaqdan keçirir - General

Rusiyanın Ukraynaya qarşı müharibədə Şimali Koreya raketlərindən istifadə etməsi Pxenyana silahlarını döyüşdə sınaqdan keçirmək şansı verir.

Bunu ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı, general Çarlz Flinn deyib.

“Bu, Şimali Koreyaya texniki məsələlər və sursatlar haqqında dəyərli məlumat əldə etmək imkanı verir. ABŞ bunun necə inkişaf edəcəyini yaxından izləyəcək. Vaşinqton Şimali Koreyanın onun silahlarından xəbər tuta biləcəyindən narahatdır”, - Flinn bildirib.

Şərhlər

XƏBƏR LENTİ