Kiyevə raket hücumu oldu
Martın 25-də Rusiya Kiyevə növbəti raket hücumu həyata keçirib.
Yerli vaxtla 10:30-dan başlayaraq Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb.
"İlkin məlumatlara görə, Kiyevə raket hücumu nəticəsində zərərsizləşdirilən raketin dağıntıları Peçerski rayonuna düşüb. Yaşayış binasına ziyan dəyib. Hadisə yerində operativ xidmətlər iş aparır", - deyə Kiyev şəhər Dövlət Administrasiyasından bildiriblər.
Paytaxt meri Vitali Kliçko isə bildirib ki, Kiyevin Peçerski, Solomenski və Dnepr rayonlarına təcili yardım xidmətləri göndərilib. Raket hücumu nəticəsində Peçerski rayonunda çoxmərtəbəli bina zərər görüb: "Həmçinin, ilkin olaraq Solomenski və Dnepr rayonlarında dağıntıların olduğu müəyyən edilib”
Kliçko qeyd edib ki, Peçerski rayonunda raket qalıqlarının düşməsi nəticəsində üçmərtəbəli qeyri-yaşayış binası da dağılıb: "Hadisə yerində təcili tibbi yardım xidmətləri çalışır. Hazırda bir nəfər zərərçəkən tapılıb. Həkimlər ona yerindəcə tibbi yardım göstəriblər".
Hələki ölən və xəsarət alanlar barədə ətraflı məlumat verilmir. Dağıntılar altında insanların olduğu istisna edilmir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək