Terrorçular dinc sakinlərin başlarını kəsib - İDDİA
Rusiyanın paytaxtı Moskvada məşhur "Crocus City Hall" konsert salonuna cümə günü azı 133 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı hücumdan yeni görüntülər ictimaiyyətlə paylaşılıb.
Yerli vaxtla saat 19:50 radələrində beş hücumçu tərəfindən "Kalaşnikov" avtomatı ilə həyata keçirilən hücum Rusiyanın 2004-cü ildən bəri yaşadığı ən dəhşətli hücum olaraq qeyd edilib.
Hücumun məsuliyyətini üzərinə götürən İŞİD sosial mediada yeni görüntülər paylaşıb. Görüntülərdə terroru həyata keçirən şəxslərin öz aralarında danışdıqları eşidilir. Cinayətkarların əllərində ağır silahlarla yanaşı, bıçaq olması da diqqət çəkib.
Həddindən artıq zorakılıq səbəbindən bütün video media qurumları tərəfindən yayımlanmasa da, normal videonun 90 saniyə uzunluğunda olduğu bildirilib.
Videonun kəsilmiş hissələrində bəzi terrorçuların əllərindəki bıçaqlarla dinc sakinlərin başlarını kəsdiyi iddia olunur.
Hücumdan 4 saat sonra qanlı terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD "Amaq" adlı media orqanı vasitəsilə bəyanat yayıb. "Amaq" İslamla mübarizə aparan ölkələrə müharibə elan etdiyini bildirsə də, ABŞ kəşfiyyatının hücumdan bir neçə həftə əvvəl Rusiyaya xəbərdarlıq etdiyi ortaya çıxıb.
Xatırladaq ki, iki həftə əvvəl ABŞ-nin Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşları diqqətli olmaları ilə bağlı bəyanat yayıb və səyahət xəbərdarlığı edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...