SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Terrorda ölənlərin sayı 93-ə çatdı

Terrorda ölənlərin sayı 93-ə çatdı

Tarix:

23-03-2024, 12:46

/ 341 dəfə oxundu.
Terrorda ölənlərin sayı 93-ə çatdı

 “Crocus City Hall”dakı terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

Bu barədə TASS Agentliyi İstintaq Komitəsinə istinadən məlumat yayıb. Ölənlərin sayının daha da artacağı ehtimal olunur. 

İlkin məlumatlara görə, ölümə səbəb güllə yaraları və yanan məhsullardan zəhərlənmə olub.

Səhiyyə Departamenti isə Moskvada ticarət mərkəzindəki terror aktı nəticəsində xəstəxanaya yerləşdirilənlər arasında 4 uşağın olduğunu açıqlayıb. 

İstintaq Komitəsinin məlumatına görə, terrorçular zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Həmçinin müstəntiqlər terrorçuların hücum zamanı istifadə etdikləri avtomat silahları da aşkar ediblər.

Şərhlər

XƏBƏR LENTİ