İran bu ölkədə baza qurmaq istədi, rədd cavabı aldı
Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuz alınıb.
Bu barədə “Uoll Strit Jurnal” nəşri Sudan kəşfiyyatının əməkdaşı Əhməd Həsən Məhəmmədə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan kəşfiyyat məlumatları toplamaq üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqabilində Tehran ölkənin xüsusi təyinatlıları ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyan gəmi tədarük edəcəyinə söz verib.
Məhəmməd bildirib ki, Xartum İranın bu təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri gərginləşdirmək istəmir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək