Ukraynaya qarşı müharibə 5 il davam edəcək - PUTİN
Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşündə ölkəsinin Ukraynaya qarşı ən azı 5 il mübarizə aparacağını bildirib.
Bu barədə Yaponiyanın "Nikkei Asia" qəzeti yazıb.
Nəşrin məlumatına görə, söhbət bu ilin mart ayında Moskvada liderlərin görüşü zamanı baş tutub. Putin mübarizənin sonunda Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib.
Qəzet qeyd edir ki, Putinin “beş illik müharibə” haqqında sözlərindən sonra Çin strategiyasına yenidən baxıb. Rusiyanın Ukraynaya qarşı uzun müddət davam edən müharibəsi Si Cinpinin ÇXR lideri kimi üçüncü müddətində ambisiyalarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Məqalədə deyilir ki, Putinin bəyanatını nəzərə alaraq, Rusiyanın atəşkəs və danışıqlara hazır olduğuna dair bütün xəbərlər “nominal” qəbul edilməməlidir.
“Putin, sadəcə olaraq, mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəs və hətta sülhə doğru getdiyi illüziyası yaratmaq istəyə bilər, belə bir atmosfer səsvermə zamanı onun xeyrinə ola bilər", - müəllif bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək