Peskov: “Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”
“Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin “Birinci Kanalı”nın efirində bildirib.
“Onlar artıq müharibə aparan tərəflər deyillər. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, - Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Mənbə: TASS

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək