Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!
- 6-02-2019, 14:25
- 1 708
"Azərsun Holding” rəhbərliyinin ötən ay qəbul etdiyi qərar klubun qış planlarına təsir edib. Məlum səbəbdən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində istədikləri futbolçuları komandaya cəlb edə bilməyib. Riçard Almeyda "Astana” klubundan pulsuz icarəyə götürülübsə, Reynaldo Silva əvvəlkindən qat-qat aşağı qiymətə kluba qayıtmaq qərarı verib.
Təbii ki, "Azərsun Holding”in bu qərarı "Qarabağ”ı gələcəkdə ciddi çətinliklər qarşısında qoya bilər. İnanırıq ki, şirkətin rəhbəri Abdulbari Goozal bu fikrindən daşınacaq və "Qarabağ”a əvvəlki kimi dəstək verəcək. Çünki, komandanın zəifləməsi onsuz da son vaxtlar uğurlu nəticələrinə həsrət qaldığımız futbolumuza daha bir zərbə ola bilər.
Futbol11.az